B.e.-Cümə: 8:00-20:00
x
m e g a p o l

Uzman Dr. Fikrət Əhmədov

Uzman Dr. Fikrət Əhmədov
PhD, Uzman uroloq-androloq

Uzman Dr. Fikrət Əhmədov

1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində ali təhsil alıb. 2006-2012-ci illərdə təhsilini Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin urologiya kafedrasında davam etdirib. O, burada assistent doktor olaraq çalışıb və 2012-ci ildə uzmanlıq həkim dərəcəsi alıb. Uroloq Fikrət Əhmədov 2012-ci ildə İngiltərənin London şəhərində yerləşən Great Ormont Street Hospital for children xəstəxanasında pediatrik urologiya ixtisası üzrə kurs keçib.

2013-cü ilin dekabr ayında Tibb Üzrə Fəlsəfə Doktoru adına layiq görülüb.

  • Fikrət Əhmədov 2008-ci ildən etibarən Endourological Society təşkilatının və European Association of Urology Assosiasiyasının üzvüdür. 2012-ci ildən Azərbaycan endouroloji dərnəyinin də üzvüdür.
  • F.Əhmədov 2013-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının baş laborant, 2016-cı ildən etibarən kafedranın assistenti vəzifəsində fəaliyyət göstərir.
  • 2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır. Eyni zamanda 2017-ci ilin dekabr ayında ATU-nun xarici tələbələrlə iş üzrə dekanlığında dekan müavini vəzifəsinə təyin olunub. Əlavə olaraq Megapol Sağlamlıq Mərkəzinin direktoru vəzifəsində çalışır.

Üzv olduğu elmi qurumlar: 

  1. 2008-ci ildən etibarən Endourological Society. 
  2. 2008-ci ildən etibarən European Association of Urology.
  3. 2012-ci ildən etibarən Azərbaycan endouroloji dərnəyi.

İş təcrübəsi

  1. 2012-ci ildən etibarən Uzman Uroloq.
  2. Great Ormond Street Hospital for Children: Pediatrik Urologya yanvar-iyul 2012 London, Böyük Britaniya.
  3. 2013-cü ildən etibarən ATU Urologiya kafedrası: Uroloq uzman.
  4. 2013-cü il dekabr, Tibb Üzrə Fəlsəfə Doktoru (PHD). 
    2014-cü ildən etibarən ATU Tədris Cərrahiyyə Klinikası: Urologiya Şöbə müdiri.