Ünvan
Nizami Nərimanov küç. 75
İş saatlarımız
B.e - Şənbə: 09:00 - 18:00
Kəskin-prostatit-nədir-və-müalicəsi

Prostat vəzinin iltihabı və ya prostatitlər necə baş verir, kimlərdə olur və necə müalicə olunur ?

Prostat vəzinin iltihabı və ya prostatitlər necə baş verir, kimlərdə olur və necə müalicə olunur ?

Ümumiyyətlə prostatitlər kəskin və xroniki şəkildə olur və əsasən yetkinlik yaşına çatmış 20-yaşdan 60-65 yaşa qədər olan kişilərdə daha çox görülməkdədir.

Kəskin prostatitlər ani kəskin şikayətlərlə başlayır yəni, çox kəskin şəkildə sidikdə yandırma, göynətmə, çətin sidiyə getmə, bulanıq sidik, yüksək temperatur və çanaq bölgəsində bağırrsaq nahiyəsinə də vuran ağrılarla özünü göstərir. Bu əlamətlər əksər hallarda xəstəni tez bir zamanda həkimə müraciət etməyə məcbur edir.

Əgər bu zaman xəstə həkimə getməz isə və ya düzgün müalicə almaz isə prostat vəzi absesi (irinləməsi) və ya digər həyati risk daşıyan ağırlaşmalara səbəb ola bilər. 

Ümumiyyətlə kəskin prostatitlər niyə baş verir ? 

Xəstəliyə səbəb əsasən sidik yollarına keçmiş bakteriyaların sidik yolu ilə prostat vəzinə keçib prostat vəzini iltihablaşdırmasıdır. Prostatitlər cinsi yolla keçən xlamidiya və qonorrğeya infeksiyası və ya sidik yollarına düşmüş eşerixa koli(Escherichia coli), klebsiella, psevdomonas kimi sidik yolları infeksiyaları törədən bakteriyalar səbəbindən yaranmaqdadır. Bəzən də bu bakteriyalardan bəziləri sidik yollarına endoskopik ( qapalı yolla ) müdaxilələr zamanı və ya kateter taxılması prosesində düşə bilər.

Xəstənin müayinəsi zamanı biz anamez alarkən cinsi infeksiyalardan şübhələniriksə, diaqnoz qoymaq üçün yaxma analizləri, sidik və qan analizi, eləcə də ultrasəs müayinəsi aparırıq. Ancaq cinsi infeksiya inkar olunar isə yaxma analizləri etmədən digər analizləi və hətta sidiyin bakterioloji analizini aparırıq ki, patogen törədicilər aydınlaşıb müalicə başlanılsın.

Kəskin prostatitli xəstələr xəstəxana şəraitində bir neçə gün müalicə almalıdır. Bu müalicə əsasən geniş spektrli antibiotiklər, əsasən də patogen bakteriyanın növünə görə həssas olan antibiotiklərlə başlanır, antibiotiklərlə yanaşı digər iltihab əleyhi preparatlar və intoksikasiya əlamətlərini azaldan damar daxili infuziyalar aparılır. Antibiotik terapiyası vəziyyətdən asılı olaraq bir neçə həftə davam etdirilə bilər ki, prostatit xronikləşməsin.

Xroniki prostatit isə həm bakterial, həm də abakterial olaraq qarşımıza çıxır və daha çox təkrarlayan kəskin prostatit keçirmiş kişilərdə görülür. Bu zaman da şikayətlər kəskin prostatitəbənzər sidikdə yandırma, göynətmə, tez-tez sidiyə getmə, sidiyə getmə prosesinin çətinləşməsi və çanaq nahiyəsində ağrılar olur. Ancaq xroniki prostatitli xəstələrdə bu şikayətlər xeyli yüngül və uzun müddətdir davam edən şəkildə olur. Bu xəstələrdə adətən yüksək temperatur və toksik vəziyyət olmur, ancaq diskomfort uzun müddətli olduğundan psixoloji gərginlik də prosesə qoşulur. 

Bu xəstələrdə də diaqnoz qoymaq üçün yaxma, sidik analizi, ultrasəs müayinəsinə və bəzən də qan analizi götürməyə ehtiyac olur. Bu xəstələrə əsasən ev şəraitində laborator analizlərin nəticəsinə görə antibiotikoterapiya, iltihab əleyhinə müalicə və bəzi prostat dərmanı dediyimiz alfa blokatorlarla müalicə aparılır.  Antibiotikoterapiya bu xəstələrdə də bir neçə həftə davam edə bilir. 

Bu xəstələrdə bəzən infeksiyanın sidik kanalinda daralma yaratdığı da müayinə zamanı aydın olur ki, bu zaman da müalicə taktikası ona görə seçilir. 

Sonda onu deyə bilərəm ki kişilər sidiyə getmə ilə əlaqədar problemlər yaşayırsa, vaxt itirmədən uroloji müayinədən keçməlidirlər ki, vaxtında düzgün müalicə aparılsın və ağırlaşmalar olmasın.

Şərh Bildir

Your email address will not be published. Required fields are marked *