Holter monitorinqi ve ya EKQ-nin sutkalıq monitorinqi elektrofizioloji instrumental müayinə metodudur.
Müayinə ağrısız və qansızdır. Holter müayinəsi aşağıdakı xəstələr üçün tətbiq olunur:
1. Aritmiyalı xəstələr – ürək nahiyəsində anormal atımlar hiss edən, tez-tez ürək döyünməsi olan , QT-nin uzanması sindromu olan, VPV sindromu olan, səbəbi tapılmayan ürəkgetməsi olan xəstələr
2. Miokardin isemiyası olan xəstələr –Sinəsində ağrı olan, stenokardiyalı, miokard infarktı keçirmiş xəstələr, ürək çatışmazlığı olan xəstələr
3. Arteriyal hipertenziyalı xəstələr- əsasən sol mədəciyin hipertrofiyası olan arteriyal hipertenziyalı xəstələr
Müayinə eyni zamanda qeyd olunan hallarda da istifadə olunur:
• Miokard infarkt, sol mədəciyin ağır çatışmazlıqları, Dilatasion kardiomiopatiyalar, mitral stenoz kimi xəstəliklər zamanı həyati təhlükəsi olan aritmiyaların mövcud olma ehtimalı üçün profilaktik məqsədlə aparılan Holter müayinəsi
• Ürək əməliyyatı öncəsi
• Xəstədə olan elektrostimulyatorlarin fəaliyyətini qiymətləndirmək üçün
• Antiaritmik, antianginal müalicənin effektivliyini qiymətləndirmək üçün