Cərrah Mama-Ginekoloq Dr.Xatirə Quliyeva 1986-cı il 22 oktyabrda Bakı şəhərində anadan olmuşdur.2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil almışdır.
2010-cu ildə isə Mamalıq-Ginekologiya ixtisası üzrə internetura kursu keçmişdir.
2020-ci ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Doktorantura üzrə təhsil alır.
2021-ci ildən isə “Megapol Sağlamlıq Mərkəzində” Cərrah Mama-Ginekoloq kimi işləyir.
Eyni zamanda bir çox konfrans və seminarlarda iştirak etmişdir.