Ünvan
Nizami Nərimanov küç. 75
İş saatlarımız
B.e - Şənbə: 09:00 - 18:00

Anemiya-Qanazlığı

Qan- mənbəyi insan orqanizması olan və sadəcə insan vücudunda yaranan həyati vacib mayedir.

Qanın yaranması üçün orqanizmdə yetərli miqdarda vitaminlərin və mikroelementlərin olmasımütləqdir.Düzgün qidalanmamaq və bəzi xronik xəstəliklər qanın yaranması üçün vacib olan qidamikroelementlərinin çatışmazlığına gətirib çıxara bilər. Bu halda anemiya (qanazlığı) dediyimiz hal ortayaçıxır.Anemiya, qana rəng verən və oksigenin daşınmasında iştirak edən zülalın-hemoqlobinin miqdarınınazalmasıdır. Hemoqlobinin normal miqdarı yaşa və cinsə görə dəyişkənlik göstərir. Yetişkin kişilərdəhemoqlobinin miqdarı 13 q/dL, hamilə olmayan qadınlarda 12 g/dL, hamilələrdə 11 g/dL olmalıdır.Dərin anemiyalarda orqan və toxumaların qida maddələri və oksigenlə təchizatı pozulur, nəticədəhalsızlıq, yorğunluq, iştahsızlıq, baş ağrıları, başgicəllənmə və əzələ ağrıları kimi simptomlar ortaya çıxır.Bu simptomların heç biri spesifik deyil. Başqa xəstəliklərdə də görülə bilər. Ona görə də bu kimisimptomları olan xəstələrə ümumi qan analizi edilərək anemiya olub olmaması dəqiqləşdirilməlidir.

Şərh Bildir

Your email address will not be published. Required fields are marked *