Ultrasəs müayinənin orqanizmə zərəri varmı?

Ultrasəs müayinəsi orqan və toxumaların ultrasəs dalğaları vasitəsilə müayinəsi deməkdir.
Adından məlum olduğu kimi şüa deyil səs dalğalarıdır. Pasiyentlər heç bir şüalanmaya məruz qalmır. Ziyansız, sadə üsuldur.
Pasiyentə radiasiya yükü verilmədiyi üçün gün ərzində ehtiyac duyularsa bir neçə dəfə də müayinəni təkrarlamaq mümkündür.
Müayinə zamanı xüsusi geldən istifadə edilir ki, bu gel də dəri tərəfindən sorulmur və orqanizm üçün tamamilə neytraldır. Müayinənin icrası üçün pasiyentlərin 6-8 saatlıq aclıq müddəti kifayət edir. Əgər pasiyent körpə uşaqlardısa bu müddət 4-5 saat da ola bilər.
Kiçik çanaq orqanları müayinə olunacaqsa sidik kisəsinin dolu olması qənaətbəxş hesab olunur. Ultrasəs müayinəsi üçün heç bir əks göstəriş yoxdur! Hamilələr və körpə uşaqlar da müayinələrdən rahatlıqla keçə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.